Elm dünyasına səs sala biləcək iki yeni ixtira yayılıb.
Newscenter.az trthabere-ə istinadən bildirir ki, ixtiralar ABŞ-dakı universitetlərdə edilib. İxtiralardan biri yaranı daha tez sağaldan sarğı, digəri isə özünü təmizləyən səthlərdir. ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları buna ağıllı bandaj adını veriblər.
Hazırlanmış lent elektrodlardan, enerji toplama qabiliyyəti və sağalma prosesinə töhfə verən sensorlardan ibarətdir.
Heyvanlar üzərində aparılan sınaqlarda, yeni sarğının ilk yarım saat ərzində belə yaranı sağaltmağa başladığı məlum olub.
Mehman