Ermənistanın paytaxtı İrəvanda silahlı insident olub.
Newscenter.az bu barədə yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, orta yaşlı kişi tapançadan açdığı atəşlə əvvəlcə arvadını, sonra isə özünü öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Cinayətin baş verdiyi ərazidə tapança götürülüb.
Hadisənin başvermə səbəbi və təfərrüatı açıqlanmır.
Anar TAGİYEV