Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev Azərbaycanın müstəqil inkişafında, dünyaya çıxışında Türkiyəni etibarlı körpü olaraq görürdü

Heydər Əliyev Azərbaycanın müstəqil inkişafında, dünyaya çıxışında Türkiyəni etibarlı körpü olaraq görürdü


Energetika naziri Pərviz Şahbazov İstanbulda “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi”nin təşkilatçılığı ilə keçirilən 26-cı Avrasiya İqtisadi Zirvəsində ümummili lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sessiyada çıxış edib.

Newscenter.az xəbər verir ki, çıxışda Ulu Öndərin mənəvi amillər əsasında iki dövlətin siyasi və iqtisadi münasibətlərinin yüksəlişinə güclü zəmin yaradan, “bir millət, iki dövlət” ifadəsini bütün sahələrdə əməkdaşlığın əsas prinsipinə çevirən fəaliyyətindən bəhs edilib. Mühüm strateji enerji və kommunikasiya layihələrinin birgə reallaşdırılmasını təmin edən, dünyaya örnək Azərbaycan-Türkiyə birliyini formalaşdıran xidmətlərindən danışılıb. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin başqa dövlətlərlə olan əlaqələrdən fərqləndirilməsi Heydər Əliyevin siyasətində strateji xətt olub. “Əsrin Müqaviləsi”ndə türk şirkətinin 1,75 faizlik payının Azərbaycanın payı hesabına 6,75 faizə çatdırılması, həmçinin “Şahdəniz” yatağında iştirak payının 9 faizdən sonralar 19 faizə yüksəldilməsi məhz Türkiyə ilə enerji tərəfdaşlığına verilən önəmin göstəriciləridir.

Nazir Pərviz Şahbazov deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil inkişafında, dünyaya çıxışında Türkiyəni etibarlı körpü olaraq görürdü: “Ulu Öndər Azərbaycanın əsas enerji layihələrində Türkiyənin iştirakı məsələsində, enerji resurslarının nəqli marşrutlarının məhz Türkiyədən keçməsində qətiyyət göstərirdi. Çünki Heydər Əliyev böyük siyasət bilicisi kimi əmin idi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji təhlükəsizliyi layihələrinin mürəkkəb geosiyasi məkanda, regional münaqişələr və maraqlar toqquşması şəraitində gerçəkləşməsi üçün Türkiyənin iştirakı vacibdir.”

Qeyd edilib ki, Heydər Əliyevin strateji dühasının töhfələri olan bütün bu layihələr, təşəbbüslər və Azərbaycan-Türkiyə birliyi ideyaları bu gün öz bəhrəsini verir. Qardaş-dost ölkələr bu gün həm də müttəfiqdirlər. Cənub Qaz Dəhlizi, TANAP kimi enerji təhlükəsizliyi layihələrimiz sayəsində ölkələrimiz regional və Avropa miqyasında təhlükəsiz, dayanıqlı enerji təchizatının qarantıdırlar. Azərbaycan və Türkiyənin getdikcə artan belə geostrateji rolu dövlət başçıları - cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasətin, onların timsalında Azərbaycan və Türkiyənin birləşmiş gücünün təcəssümüdür.

Sevinc
Xəbəri paylaş