"İran Naxçıvan istiqamətində irəliləyib bölgəni nəzarətə götürməyə çalışa bilər. Ancaq Naxçıvanın statusuna görə, əsasən qarantor tərəf Türkiyədir. Bu, birbaşa Türkiyənin müharibəyə daxil olması deməkdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri konfiliktoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, İran üçüncü istiqamət kimi Xəzər donanmasından istifadə edə bilər:
"Azərbaycanın buradakı üstünlüyü HHM-lər və sahilyanı donanmaları məhv edəcək artileriyasıdır. Həmçinin sualtı silahlar. Azərbaycan dəniz müharibəsində necə performans göstərər? Azərbaycan tərəfi dəniz müharibəsi etməyib. Ona görə bu sahədə təcrübəsi yoxdur. Bu işi Türkiyə tərəfinə və İsrail tərəfinə həvalə edər deyə düşünürəm".
Elman Vəliyev hesab edir ki, quru savaşlar cəbhəyanı ərazilərdə, yəni Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəranda gedər:
"Quru müharibəsində Azərbaycan ordusunun təcrübəsi daha böyükdür. İran tərəfi İraq-İran müharibəsindən bəri irihəcimli müharibədə iştirak etməyib. Azərbaycan qüvvələrəri isə İkinci Qarabağ müharibəsində daha bir təcrübəyə şahid oldu. İran tərəfi, mütləq, uzaq və yaxın mənzilli raketlərdən istifadə edər. Mingəçevir SES-ni sıradan çıxartmağa çalışar".
Mehman