Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml İrəvanın silahlanmasında maraqlıdır -ÖZƏL

Kreml İrəvanın silahlanmasında maraqlıdır


"Rusiya, Azərbaycan-Ermənistan münasibətlərində hər hansı bir tərəfin üstünlüyü ilə proseslərin yekunlaşmasında yox, tərəflər arasında münaqişənin davam etməsində maraqlıdır".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, tərəflər arasında hər daim gərginliyin olması və bu gərginliyin müəyyən bir zaman kəsimində hərbi sferaya yüksəlməsi Moskvanın regionda olan varlığının qarantıdır:

"Bu səbəbdəndir ki, Kreml rəhbərliyi bilərəkdən gərginliyi artırır, tərəfləri hərb yolunu seçməyə təhrik edir. Həmçinin Kreml rəhbərliyi Ermənistanın silahlanmasında da maraqlıdır və bu maraqdan irəli gəlir ki, İrəvanın Hindistandan silsilə silah alımlarına səssiz qalır. Çünki Hindistan istehsalı hərbi məhsulların böyük əksəriyyəti rus silahlarının bazasında yaradılıb və rus silahlarının hint versiyası kimi qəbul olunur. Yəni Rusiya özü birbaşa olaraq Ermənistanı silahlandırmasa da, dolayı yolla bu prosesə yaşıl işıq yandırır".

Mehman
Xəbəri paylaş