Litva Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edilməsinin tərəfdarıdır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Litva prezidenti Gitanas Nauseda Strasburqda belə bir təşəbbüslə çıxış edib.
Avropa Parlamentinin Baş Assambleyasında çıxışı zamanı dövlət başçısı deyib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya hücumuna görə Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməlidir:
"Rusiya Ukraynaya qarşı amansız müharibəsini dayandırana qədər biz bu ölkəyə qarşı sanksiyaları sərtləşdirməliyik".
Mehman