Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mağazalarla qarşılıqlı biznes fəaliyyətinin formalaşdırılması müzakirə edilib

Mağazalarla qarşılıqlı biznes fəaliyyətinin formalaşdırılması müzakirə edilib


Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) Idarə Heyətinin sədri Fərid Novruzi ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşün əsas məqsədi, ölkəmizə xarici turistlərin cəlb edilməsi sahəsində birgə fəaliyyətin həyata keçirilməsi, eləcə də, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsindən ibarət idi.

Görüşdə Assosiasiya üzvlərinin AFRA tərəfindən edilən mövsümü endirimlər haqqında mütəmadi olaraq məlumatlandırılması, turizm şirkətlərinin əcnəbi turistlər üçün hazırladığı turpaketlərdə şəbəkəyə daxil olan mağazalarla endirimli alış-veriş fəaliyyətlərinin tətbiq edilməsi, mağazalarla qarşılıqlı biznes fəaliyyətinin formalaşdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sevinc
Xəbəri paylaş