Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi ilə Rusiya Federasiyası arasında münasibətlərdə problemlər var.
Newscenter.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
“Münasibətlərimizdə problemlər var, lakin onlar obyektivdir və iki ölkə arasında əməkdaşlığa təsir edə bilməz. Mən münasibətlərimizdə böhran görmürəm”.
Paşinyan bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ehtimalı ilə bağlı məlumat çatdırıb.
O, həmçinin qeyd edib ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında “problemlər var”.
Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə edib.
Anar TAGIYEV