Seçilmiş hakimiyyətə hörmətsizlik edən şəxslərin Ermənistana girişi qadağandır.
Newscenter.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Rusiyanın tanınmış siyasi və ictimai xadimlərinin, o cümlədən Konstantin Zatulin, Marqarita Simonyan və Aram Qabrelyanovun ölkəyə girişinə qadağa qoyulmasının səbəblərini şərh edərkən bildirib.
"Onların xalqın seçdiyi hökumətə hörmət etmək öhdəliyi var. Əgər bu insanlar yaşadıqları ölkələrdə Ermənistana etdiklərinin 1%-ni etsəydilər, vizasız evlərinə girə bilməzdilər", - Paşinyan deyib.
Anar TAGİYEV