Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, ölkəsia yaxın vaxtlarda Ukraynaya MiQ-29 qırıcılarını göndərə bilər.
Bu barədə Newcenter.az xarici mətbuata istinadən xəbər verir.
"Bu, yaxın 4-6 həftə ərzində baş verə bilər", - Polşa hökumətinin başçısı bu döyüş təyyarələrinin Kiyevə təhvil verilməsi ilə bağlı suala cavabında deyib.
Moravetski bundan əvvəl demişdi ki, Polşa F-16 qırıcılarını yalnız NATO ilə razılaşdıqdan sonra Ukraynaya verə bilər.
Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirmişdi ki, Slovakiya ölkədə mövcud olan 11 Sovet istehsalı olan MiQ-29 qırıcılarından onunu Ukraynaya verə bilər.
Anar TAGIYEV