Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.
Sevinc