Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlıların çətiri altında separatçıların hərbi aktivliyi artması müşahidə edilir -ÖZƏL

Sülhməramlıların çətiri altında separatçıların hərbi aktivliyi artması müşahidə edilir


"Vətən Müharibəsindən sonra üçtərəfli razılaşmaya əsasən Rusiya, sülhməramlı mandatı çərçivəsində müvəqqəti olaraq Azərbaycanın Qarabağ İqtisadi rayonuna bəlli bir sayda hərbi kontingentin yerləşdirdi. Rusiya sülhməramlılarının bölgədə olacağı 5 il müddətində əsas fəaliyyət istiqaməti atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə olası reinteqrasiya prosesinə kömək etməkdən ibarət idi. Lakin son yaşanan proseslər, sülhməramlıların çətiri altında separatçıların hərbi aktivliyi artması və onların birbaşa iştirakı ilə Qarabağa qanunsuz silah daşınması kimi faktların gün üzünə çıxması Rusiyanın sülhməramlı mandatı adı altında tamam fərqli işlər planladığının təsdiqi oldu".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, rəsmi Bakı, Ermənistanın Qarabağ separatçıları ilə əlaqə qurduğu yollar üzərində silah daşınmalarından tutmuş bütün qanunsuz fəaliyyətləri sonlandırmaq üçün nəzarət buraxılış məntəqələrinin qurulmasının zəruriliyini bildirdi:

"Ancaq, Moskva bunu isti qarşılamır və Lavrovun ölkəmizə səfəri zamanı bu mövzuda səsləndirdiyi fikirlər bunun əyani sübutudur".

Anar
Xəbəri paylaş