Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

VI İslam Həmrəyliyi Oyunları ilə bağlı müzakirələr keçirilib

VI İslam Həmrəyliyi Oyunları ilə bağlı müzakirələr keçirilib


Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 34-cü iclası və növbədənkənar Baş Assambleyasının sessiyası keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu “Konya 2021” V İslam Həmrəyliyi Oyunları ilə bağlı hesabatla MOK nümayəndələri qarşısında çıxış edib. Eyni zamanda İHİF-in Əsasnaməsinə dəyişikliklərin edilməsi ilə əlaqədar bir sıra önəmli məsələlər, həmçinin VI İslam Həmrəyliyi Oyunlarının keçirilməsi qaydaları ilə bağlı ən son yeniliklər müzakirə edilib. Nasser Ayman Macali İslam Həmrəyliyi İdman Federasiyasının yeni baş katibi seçilib.

İclas zamanı 2018-2022-ci illəri əhatə edən maliyyə hesabatları MOK üzvlərinə ətraflı şəkildə təqdim olunub. İslam Əməkdaşlıq Təşkilatının Humanitar, mədəni və sosial məsələlər üzrə baş katibi Tariq Ali Baxit də öz fikirlərini MOK üzvlərinə çatdırıb. Səudiyyə Ərəbistanında 2023-cü ildə Dünya Döyüş Oyunlarının keçirilməsi ilə bağlı Federasiya rəsmiləri tərəfindən təqdimat keçirilib.

Sözügedən qurumun vitse-prezidenti mərhum Əhməd Foulinin ailə üzvlərinə, eyni zamanda sabiq baş katibləri Mohammad Qazdar və Mohammad Alqarnasa təşkilatın fəaliyyətinə verdikləri töhfəyə görə mükafatlar təqdim olunub. Növbəti seçki hesabatı konfransının cari ilin avqust ayında Səudiyyə Ərəbistanının Riyad şəhərində keçirilməsi qərara alınıb.

Nəzərinizə çatdıraq ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev Azərbaycan nümayəndə heyətində təmsil olunublar. İHİF İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva toplantı zamanı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək arzusunda olan ölkələrin hazırlıq səviyyəsini müəyyən etmək üçün yaradılan Dəyərləndirmə və Yoxlama Komissiyasının üzvü seçilib. Könül Nurullayeva, həmçinin toplantı çərçivəsində İHİF-in prezidenti Şəhzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud ilə görüşüb.

Ruhiyyə
Xəbəri paylaş