Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin Azərbaycandan nəyisə tələb etmə haqqına malik deyil

Avropa Parlamentinin Azərbaycandan nəyisə tələb etmə haqqına malik deyil


"Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibəti bizi təəccübləndirmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib.ki, Avropa Parlamenti tərəfindən dəfələrlə ermənilərin ədalətsiz mövqeyini müdafiə edən qətnamələr qəbul olunub.

"Heç kəsə sirr deyil ki, Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana qarşı lobbi fəaliyyəti ilə məşğuldur. Bu yaxınlarda Avropa Parlamentinin rəhbərlərinin korrupsiya faktı ilə tutulması da bir daha sübut edir ki, bunların erməni sevgisinin arxasında gizlənən nədir. Avropa Parlamentin qəbul etdiyi qətnamələr Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Buna bir o qədər də önəm vermək lazım deyil. 30 il ərzində torpaqlarımızın Ermənistan tərəfindən işğalına, yüz minlərlə azərbaycanlının öz evlərinə həsrət qalmasına, qoca, uşaq və cavan demədən soydaşlarımızın vəhşicəsinə qətlə yetirilməsinə, tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin amansızcasına məhv edilməsinə göz yuman Avropa Parlamenti bu gün hansı insan haqlarından və ədalətdən danışır? İllərdir ki, Azərbaycan bəzi beynəlxalq təşkilatların qərəzli münasibətindən əziyyət çəkir. Həmin təşkilatlar qəbul etdiyi qətnamələrində və hesabatlarında Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirirlər. Avropa Parlamentinin ölkəmizi "Hayastana hərbi təcavüz etməkdə" suçlaması da ikili münasibətlərindən biridir. Ermənilər üçün ədalət axtaranlar niyə bir dəfə də olsa Xocalıda törədilən vəhşilik və barbarlıq haqqında danışmayıblar?Hayastana ədalət axtaranlar bir dəfə də olsa 44 günlük Vətən müharibəsində yenidən onlarla vətəndaşımız erməni terrorunun qurbanı oldu. Bu gün də azərbaycanlılar ermənilərin mina terrorunun qurbanı olmaqda davam edir".

Deputat vurğulayıb ki, bu gün bizim hər hansı ölkənin və ya təşkilatın məsləhətinə ehtiyacımız yoxdur:

"Azərbaycan 30 illik işğala öz hərbi gücü ilə son qoydu. Hazırda da işğaldan azad olunan torpaqlarımızı öz iqtisadi gücümüzə bərpa edirik. İşğal dövründə 67 məscid, tarixi, mədəni və dini abidələrimiz ermənilər tərəfindən dağıdılmış və ciddi ziyan vurulub. Təəssüf ki, bu günə kimi Ermənistanın törətdiyi bu vəhşiliklərə qarşı hər hansı sanksiya və cəza tətbiq edilməyib. Bütün bu erməni vəhşiliyini görməməzlikdən gələn Avropa Parlamentinin Azərbaycandan nəyisə tələb etmə haqqında malik deyildir. Yaxşı olardı ki, Avropa Parlamenti bu məsləhətləri Ermənistana versin. Çünki Ermənistanın törətdiyi təxribatlar onun bir ölkə kimi xəritədən silinməsinə səbəb ola bilər".(sonxeber.az)
Xəbəri paylaş