Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa texnologiya sənayesini daha da inkişaf etdirmək istəyir -ÖZƏL

Avropa texnologiya sənayesini daha da inkişaf etdirmək istəyir


Avropa məkanında texnologiya sənayesinin daha da inkişaf etdirilmısinə ciddi ehtiyac var. Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen belə bir açıqlama ilə çıxış edib.

O bildirib ki, Avropa öz təmiz texnologiya sənayesini daha da genişləndirmək üçün maliyyəni artırmalıdır.

Ursula fon der Leyen keçən həftə ABŞ-da təmasları olduğunu xatırladaraq, ABŞ prezidenti Co Baydenlə deinflyasiya qanunu ilə bağlı çox səmərəli görüş keçirdiyini də diqqətə çatdırıb.

O, Avropadakı elektrikli avtomobil istehsalçılarına ABŞ-da vergi güzəştləri tətbiq ediləcəyini də deyib:

"Biz avropalılar öz təmiz texnologiya sənayemizi daha yaxşı inkişaf etdirməliyik. Biz prosedurları sürətləndirməli və sadələşdirməli, dövlət və özəl maliyyələşdirməyə daha yaxşı çıxışı təmin etməliyik".

Mehman
Xəbəri paylaş