Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın Sırdərya vilayət Azərbaycan diaspora təşkilatı arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub.

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın Sırdərya vilayət Azərbaycan diaspora təşkilatı arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Sırdərya vilayətində olub və vilayətdə Azərbaycan diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Əzizağa Bayramov arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması istiqamətində aparılan işlər, Sırdərya vilayəti üzrə də yerli diaspor təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirələr aparılıb.

2023-cü il “Heydər Əliyev ili” münasibəti ilə keçiriləcək birgə tədbirlər, Sırdərya vilayətində yerli azərbaycanlılar üçün Azərbaycan incəsənət ustalarının dostluq konsertinin təşkili məsələləri müzakirə edilib və razılıq əldə olunub.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və dəstəyi ilə Azərbaycanın populyar «Xəzər» telekanalının “Ənənə boğçası” verilişi də Sırdərya vilayətində olub, toy mərasimində iştirak edərək Özbək toy ənənələrinə dair veriliş hazırlayıb.

Bundan başqa, sözügedən verilişin heyəti və Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri vilayətdə yerli Azərbaycan ailələrinin qonağı olub, onlardan müsahibələr götürüb, çəkilişlər həyata keçirilib.

Anar
Xəbəri paylaş