Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub

Azərbaycanın Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub


Azərbaycan ilə Qazaxıstan arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu bu ölkəyə səfər edib.

Bu barədə Newscenter.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərin proqramına uyğun olaraq nümayəndə heyətinə qoşun xidməti və hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik və digər mövzularda brifinq təqdim olunub.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Mehman
Xəbəri paylaş