Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əgər Ermənistan bu şansı da qaçırsa..... -VAQIF ABDULLAYEV YAZIR

Əgər Ermənistan bu şansı da qaçırsa.....


Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri zamanı Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltslə müzakirələr zamanı diqqətçəkici əsas məqam Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı oldu.

Cənab Prezident Avropa Birliyinin güc mərkəzlərindən və Avropanın bir nömrəli iqtisadiyyatının sahibi olan Almaniyadan dünyaya rəsmi Bakının bir daha sülh gündəliyini bəyanladı.

Əvvəlcə, ötən ilin oktyabrında Soçi görüşündə Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını xatırladaraq İrəvanın imzasına hörmət etməsini tövsiyyə etdi.

Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəşiliyi ilə başlanmış Brüssel sülh gündəliyini dəstəkləyir. Ancaq Ermənistan bu oyunda saxtakarlıq etməməli və Avropa İttifaqı da masada irıli sürülən təkliflərə sadiq qalmalıdır.

Sülh gündəliyinə gəlincə, bəndlər və şərtlər hər kəsə açıqdır, Brüssseldə və Soçidə bəyan olunmuş ana tezislərə əsaslanır. Bu, Azərbaycan tərəfindən irəli sürülmüş ən ədalətli və vicdanlı beş prinsipdir.

Beş prinsip sülh müqaviləsi ilə yanaşı, Qarabağda yaşayan ermənilərin rifahı və inkişafı, bu bölgədə və Cənubi Qafqada vəəməkdaşlığın ruhunu ifadə edən Yol Xəritəsini də müəyyənləşdirir.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin gələcək hüquq və birgəyaşayışının, siyasi dialoqun formatı da məhz 5 prinsipə söykənir.

Cənab İlham Əliyev sülh üçün əlindən gələni etdiyini və Qarabağ bölgəsindən olan sakinlərlə ilk görüşün keçirildiyini, erməni ictimaiyyətinin nümayəndələri reinteqrasiya məsələlərini xatırladaraq Azərbaycanın xoşməramla qapılarının hər zaman açıq olduğunu bildirdi. Eyni zamanda, Qarabağdakı separatçı ünsürlərin və havadarlarına qarşı Azərbaycanın qəti prinsipial addımlar atacağını da yada saldı.

Beynəlxalq birliyi aldadan Ermənistanın Laçın yolu ilə bağlı siyasi şoularına da Nida qoydu. Dekabrın 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsi, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxsin keçib. Yol 24 saat açıqdır. Ancaq Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri mövcuddur və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə olunur. Azərbaycan bununla barışmır və Yolda sərhəd-keçid məntəqəsinin yaradılmasında israrlıdır.

Eləcə də Azərbaycanın Naxçıvan bölgəsi ilə quru sərhədləri Ermənistan tərəfindən qapadılıb, bunun üçün Zəngəzur dəhlizinin fəaliyyətə başlaması qətidir.

Azərbaycan Prezidenti İkinci Dünya Müharibəsinin düyməsinin basıldığı Berlində İrəvan üçün yaxşı şans yaranndığını və qiymətləndirməsini diqqətə çatdırdı: “Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş