Hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın reytinqi hər ötən gün bir qədər də artır.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu barədə açıqlamanı hakim Ədalət və İnkişaf Partiyası sədrinin köməkçisi Mustafa Şen verib. O bildirib ki, seçkilərə qeyri-rəsmi start veriləndən etibarən həftədə bir neçə dəfə rəy sorğusu keçirilir və prezidentin cəmiyyətdəki nüfuzu öyrənilir.
Mustafa Şen deyib ki, əvvəl Ərdoğanın reytinqi 51 faiz idisə, son həftələrdə bu rəqəm 53 ilə 55 faiz arasında dəyişir. AKP sədrinin köməkçisi təmsil etdiyi partiyanın reytinqinin də 40-41 faiz arasında dəyişdiyini söyləyib.
Mehman