Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın sözçüsü Amerika rəsmiləri ilə Azərbaycan-Ermənistan danışıqlarını müzakirə etdi -ÖZƏL

Ərdoğanın sözçüsü Amerika rəsmiləri ilə Azərbaycan-Ermənistan danışıqlarını müzakirə etdi


Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Birləşmiş Ştatlara səfəri çərçivəsində ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland ilə görüşüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ağ Evdə və Dövlət Departamentində keçirilən görüşlərdə ikitərəfli əlaqələr, Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri müzakirə edilib.

Türkiyə mənbələrinin xəbərinə görə, İbrahim Kalının okeanın o tayında keçirdiyi görüşlərdə Rusiya-Ukrayna müharibəsi, eləcə də Cənubi Qafqaz və Azərbaycan -Ermənistan danışıqlar prosesi ətrafında da fikir mübadiləsi aparılıb.

Mehman

Xəbəri paylaş