Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan gec-tez iki gücün arasında seçim etmək zorunda qalacaq

Ermənistan gec-tez iki gücün arasında seçim etmək zorunda qalacaq


"Rusiya və ABŞ-ın Cənubi Qafqazda toqquşan və kəsişən maraqları, regionun siyasi sabitliyini ciddi şəkildə pozmaqda davam edir. Bunun siyasi baxımdan müsbət və mənfi təsirləri mütləq ki, olacaqdır. Sözsüz ki, bundan faydalanmağa çalışan Ermənistanın siyasi hakimiyyəti, bu iki ölkənin kəsişmə nöqtələrindən qaynaqlanan qeyri konstruktiv siyasi mövqeləri, öz xeyrinə həll etməyə çalışır və hər zamankı kimi, rəsmi Yerevan çalışır ki, separatçı hərəkətlərini ört basdır etsin və qeyri qanuni hərəkətlərinə hüquqi don geydirərək çirkin niyyətlərini həyata keçirə bilsin".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, onlar buna ümid edirlər, çünki onları buna inandıranlar hələ də mövcuddur:

"Amma, bu kimi siyasətin mütləq ki, bir sonu var. Ermənistan gec-tez bu iki gücün arasında seçim etmək zorunda qalacaq. Hadisələr onu göstərir ki, bu seçimin baş verməsi çox yaxında görünür. Çünki, artıq ABŞ və Qərbin siyasi dairələri Azərbaycanı daha yaxından izləyir və daha çox ciddi lahiyələrdə əməkdaşlıq etmək qərarları qəbul edirlər. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Laçın yolunda nəzarət buraxılış məntəqəsinin yaradılmasının beynəlxalq hüququn tələblərinə tam uyğun olduğunu qeyd edib. ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri də təxminən Laçın yolu ilə bağlı eyni fikirləri söyləmişdir".

Çingiz Şahbazi deyib ki, Qərbin siyasi dairələri Azərbaycanı bu məsələdə dəstəkləməklə, Rusiya sülhməramlı qüvvələrinin yarıtmaz işlərinə nəzarət etməyə çalışır və rəsmi Yerevanın iki başlı oyunlarına cavab verir:

"Moskvanın Qarabağda geopolitik maraqlarından qaynaqlanan oyunları məhdudlaşdıqca, Azərbaycan öz hədəflərinə nail olur. Göründüyü kimi ABŞ-ın Cənubi Qafqaz üzrə ən yaxın gələcəkdə həyata keçirəcəyi siyasətin başında, Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycandan və Rusiya hərbi bazasının Ermənistandan çıxarılması dayanır. Məhz bu səbəbdən Ermənistanın tam olaraq Rusiyanın əlindən çıxarılması lazımDIR və Azərbaycanla yekun sülh müqaviləsi bağlanmalıdır. Əks halda ABŞ və Qərbin Ermənistanla bağlı mövqeləri açıq şəkildə görünür. İnanıram ki, yaxın vaxtlarda rəsmi Yerevanın mühüm addımlar atmasının şahidi olacağıq və artıq bu istiqamətdə Pasinyan hökuməti addımlar atmağa başlayıb".

Mehman
Xəbəri paylaş