Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Finlandiya prezidenti Türkiyəyə gəlir -ÖZƏL

Finlandiya prezidenti Türkiyəyə gəlir


Finlandiya prezidenti Sauli Niinistö türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə səfər edəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Finlandiya dövlət başçısı iki gün, martın 16-17-si tarixləırində Türkiyədə olacaq.

Martın 16-da Türkiyəyə gələcək Sauli Niinistönun rəsmi görüşləri martın 17-də başlayacaq. İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.

Mehman
Xəbəri paylaş