Martın 15-də Hollandiyada keçirilən əyalət məclisi seçkilərində Türkiyə əsilli 73 namizəd də mübarizə aparır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, səsvermə prosesində təxminən ölkə əhalisinin 13 milyondan çoxu iştirak edəcək.
Üzvləri əksəriyyəti türk və mühacirlərdən ibarət olan Denk Partiyası Şimali və Cənubi Hollandiya, eləcə də Utrext əyalətlərində 17-si türk olmaqla cəmi 32 namizədlə seçkilərə qatılır.
Qeyd edək ki, hazırda ölkə üzrə əyalət məclislərində ümumilikdə 7 türk əsilli şəxs təmsil olunur.
Mehman