Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda çərşənbə mərasimində 26 nəfər ölüb -ÖZƏL

İranda çərşənbə mərasimində 26 nəfər ölüb


İranda Hicri Şəmsi təqvimi ilə ilin sonuncu çərşənbə gecəsində keçirilən “Çərşənbə Suri” mərasimlərində 26 nəfər həyatını itirib.

Newscenter.az İRNA-ya istinadən bildirir ki, bu barədə İran Təcili Yardım Mərkəzinin rəhbəri Cafer Miadfer açıqlama verib. O bildirib ki, bundan başqa 4368 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Cafer Miadfer ölüm və xəsarət alma hallarının çərşənbə tonqallarından qaynaqlandığını bildirib.

Mərkəz rəhbəri ölümlə nəticələnən qəzaların əksəriyyətinin Tehran, Təbriz, Həmədan, Urmiya, Qəzvin vilayətlərində baş verdiyini və bu il xəsarət alanların ötən illə müqayisədə 22 faiz artdığını deyib.

Mehman
Xəbəri paylaş