Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Almaniya səfəri Azərbaycanın haqlı mövqeyini Aİ ölkələrinə çatdırmaq baxımından çox önəmli idi -ÖZƏL

Prezidentin Almaniya səfəri  Azərbaycanın haqlı mövqeyini Aİ ölkələrinə çatdırmaq baxımından çox önəmli idi


"Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfəri indiki məqamda Azərbaycanın haqlı mövqeyini Aİ ölkələrinə çatdırmaq baxımından çox önəmli idi. İstər görüşlərdə, istərsə də mətbuat konfransında verilən mesajlar bir daha onu göstərdi ki, hələ də Qarabağ probleminin ən ilkin detalları haqda Avropa ölkələrini, xüsusən də, Alman ictimaiyyətini məlumatlandırmağa ehtiyac vardır".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bu baxımdan Laçın yolunun üzərində yaranan məsələlər əslində doğru işıqlandırılmır, yanlış çatdırılır:

"Ona görə Prezident problemin kökü barədə əvvəldən izahat verməyə məcbur oldu. Laçın yolu məsələsində Avropa rəsmilərinin məsələyə birtərəfli yanaşma göstərməsi onların məsələnin mahiyyətini anlamadıqları anlamına gəlmir. Onlar hər şeyi yaxşı bilirlər. Amma özlərini insan haqlarının qoruyucusu kimi göstərib ərazi bütövlüyü məsələsində ikiüzlülük edirlər. Doğrudur, bu, ciddi nəticə vermir, amma erməni tərəfinin əlinə bəhanə verir, sülh məsələsini uzadır".

Azər Qasımov onu da deyib ki, keçirilən görüşlərin ciddi dəyişikliklərə və ya nəticələrə səbəb olacağı şübhə doğurur, amma bunsuz da olmaz:

"Prisesdə hər bir mərhələ belə addım-addım görüşlər hesabına həll edilir. Avropa başa düşməlidir ki, Laçın Azərbaycanın ərazisidirsə, hansıki bunu etiraf edirlər, onda nəzarəti də Azərbaycan həyata keçirməlidir".

Anar
Xəbəri paylaş