Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya qırıcı təyyarəsi Estoniya səmasında qorxulu anlar yaşatdı -ÖZƏL

Rusiya qırıcı təyyarəsi Estoniya səmasında qorxulu anlar yaşatdı


Britaniya və Almaniya döyüş təyyarələri Estoniya hava məkanına yaxınlaşan Rusiyaya məxsus yanacaq dolduran təyyarə və hərbi nəqliyyat təyyarəsini geri dönməyə məcbur ediblər.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Britaniya Kral Hərbi Hava Qüvvələrinin (RAF) verdiyi açıqlamaya görə, Rusiyanın "İlyuşin İl-78 Midas" tipli havada yanacaq dolduran təyyarəsi Rusiyanın Baltik dənizi sahilindəki Kalininqraddan Sankt-Peterburq istiqamətinə uçub. Sankt-Peterburqa gedərkən o, Estoniyanın hava nəqliyyatı idarəsi ilə əlaqəni kəsib.

Bunun üzərinə NATO missiyası çərçivəsində Estoniyada olan RAF və Almaniyaya məxsus iki Eurofighter Typhoon tipli döyüş təyyarəsi Estoniya hava məkanına doğru irəliləyən Rusiya təyyarəsini geri dönməyə məcbur edib.

RAF daha sonra Estoniya hava məkanı yaxınlığında uçan Rusiyaya məxsus Antonov 148 tipli hərbi-nəqliyyat təyyarəsinin tutulduğunu açıqlayıb.

Mehman
Xəbəri paylaş