Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səudiyyə İrana sərmayələr qoyacaq -ÖZƏL

Səudiyyə İrana sərmayələr qoyacaq


Siyasi baxımdan normallaşan Səudiyyə Ərəbistanı-İran münasibətləri iqtisadi sahədə də yeni bir mərhələyə qədəm qoyur.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cədan çıxış edib. Nazir bildirib ki, Ər-Riyad və Tehran arasında əldə olunan razılaşmadan sonra ölkəsinin İrana yatırdığı sərmayələr sürətlə reallaşa bilər.

Səudiyyə Ərəbistanının İrana investisiyaları yatırmaq üçün fürsət qazandığını deyən nazir artıq ilkin addımların atılması üçün heç bir problem olmadığını deyib.

Tehranla razılaşmaya sadiq olduqlarını vurğulayan Məhəmməd əl-Cədan deyib ki, İran qonşu ölkədir və yüz illər belə qalacaq.

Mehman
Xəbəri paylaş