Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Taxıl dəhlizi" daha 120 gün uzadıla bilər -ÖZƏL

"Taxıl dəhlizi" daha 120 gün uzadıla bilər


Rusiya-Ukrayna müharibəsi fonunda açılan "Taxıl dəhlizi"nin daha bir müddət açıq saxlanması, bu prosesin davam etdirilməsi təklif olunur.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar belə bir açıqlama ilə çıxış edib. Nazir "Taxıl dəhlizi"nin daha 120 gün uzadılmasının təklif edildiyini diqqətə çatdırıb:

"Rusiya və Ukrayna ilə taxıl dəhlizinin 120 gün uzadılması tələbi ilə danışıqlara başlanıb. Nazirlər səviyyəsində danışıqlarımızı davam etdiririk. BMT də bizimlə eyni fikirdədir"- deyə Hulusi Akar vurğulayıb.

Mehman
Xəbəri paylaş