Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının gözləntiləri də Almaniya rəsmilərinin nəzərinə çatdırılmış oldu -ÖZƏL

Bakının gözləntiləri də Almaniya rəsmilərinin nəzərinə çatdırılmış oldu


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı rəsmi Bakının gözləntiləri də Almaniya rəsmilərinin nəzərinə çatdırılmış oldu. Gözləntilər isə məlum olduğu kimi təkcə Qarabağla bağlı ədalətli mövqe ilə deyil, həm də investisiyalarla bağlıdır".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Yusif Bağırzadə daha sonra sözlərinə belə davam edib:

"Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son vermək istəməsi alternativ ölkələrə marağı artırıb. Avropa ölkələrinə ən təhlükəsiz və ucuz enerji nəql edən ölkə isə hazırda Azərbaycandır. Azərbaycan Rusiya qədər Avropaya enerji nəql edə bilməsə də mövcud TANAP və TAP layihələrinin ötürücülük qabiliyyətini artırmaq üçün əlavə investisiyaya ehtiyacı var. Bu investisiya isə alman isvestorlar tərfindən təmin edilə bilər".

Yusif Bağırzadə hesab edir ki, hazırkı səfər Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək:

"Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaları yarana bilər. Digər tərəfdən eyni zamanda nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilmsəinə yöəlmiş təşəbbüslərdir”.

Anar
Xəbəri paylaş