Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin mina terrorunun daha bir təzahürü -ÖZƏL

Ermənilərin mina terrorunun daha bir təzahürü


“İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa ciddi əngəl olan, quruculuq-abadlıq işlərinin aparılmasına maneçilik yaradan ən başlıca amil mina təhlükəsidir”. Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında qeyd edilib.

Newscenter.az-a Analitik Qrupdan daxil olan açıqlamada qeyd edilib ki, martın 16-da Ağdam rayonu ərazisində baş verən mina partlayışı və 2 soydaşımızın vəfat etməsi deyilənləri bir daha təsdiqləyir:

“Son hadisə də öz-özlüyündə ermənilərin mina terrorunun acı nəticəsidir. Düşmən işğal illərində ərazilərimizdə kifayət qədər, həm də xüsusi planlar əsasında minalar basdırıb ki, zaman-zaman onun acısını yaşayırıq. Mina və partlamamış hərbi sursatlar elə “ustalıqla” basdırılıb ki, bəzən onları tapıb zərərsizləşdirməkdə çətinlik çəkilir. Bu da müntəzəm olaraq azad edilən rayonlarımızda mina partlayışı və insanlarımızın onun qurbanına çevrilməsinə gətirib çıxarır”.

Analitik Qrup təəssüf hissi ilə qeyd edir ki, beynəlxalq aləm, müvafiq humanitar təşkilatlar da ermənilərin mina terroruna göz yumur, bu bəlanın aradan qaldırılması işində Azərbaycana yetərli qədər dəstək vermirlər.

Natiq
Xəbəri paylaş