Çin sosial media platforması olan Tik-Toka dünya ölkələri səviyyəsində qadağalar davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dəfə anoloji addımı İngiltərə atıb. Belə ki, rəsmi London təhlükəsizliklə əlaqədar olaraq nazirlər və hökumət rəsmiləri tərəfindən istifadə edilən telefonlar və digər elektron cihazlarda tik-tokdan istifadəni qadağan edib.
İngiltərə hökumətinin təmsilçisi Oliver Doşden açıqlamasında parlamentdəki deputatlara da Tik-Tok-un qadağan ediləcəyini deyib.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) icra orqanı olan Aİ Komissiyası da təhlükəsizlik səbəbilə fevralın 23-də işçilərinə Tik-Tok qadağası qoyub.
Natiq