Polşa Ukraynaya dəstək məqsədilə bu ölkəyə 4 ədəd MİQ-29 döyüş təyyarəsi göndərəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlamanı Polşa prezidenti Andjey Duda verib.
Ümumilikdə Ukraynaya onlarla MiQ-29 döyüş təyyarəsi tədarük etməyi planlaşdırdıqlarını deyən prezident ilk 4 təyyarənin yaxın günlərdə Ukraynaya göndəriləcəyini deyib. Andjey Duda bununla da Polşanın Ukraynanın təcili döyüş təyyarələrinə artan tələbatı ödəyən ilk NATO üzvü ölkə olacağını vurğulayıb.
Polşanın baş naziri Mateusz Moraşiecki də Sovet istehsalı olan MiQ-29 qırıcılarını 4-6 həftə ərzində Ukraynaya çatdıra biləcəklərini bildirib.
Mehman