"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə Almaniyaya etdiyi işgüzar səfər Avropa məkanını regiondakı mövcud reallıqdarla daha yaxından tanış etmək baxımından olduqca əhəmiyyətli idi. Xüsusilə, indiki məqamda, Avropa İttifaqının yalan erməni təbliğatına inanaraq Azərbaycana qarşı ədalətsiz mövqe ortaya qoyduğu ərəfədə bu səfər ölkəmiz baxımından olduqca mühüm məna kəsb edir".
Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, dövlət başçısı istər almaniyalı həmkarı, istərsə də bu ölkənin kansleri ilə keçirdiyi görüşlərdə hazırda Qarabağda mövcud olan vəziyyət və artan erməni təxribatları barədə aydın təsəvvür yarada bildi:
"Nəzərə almaq lazımdır ki, Almaniya Avropa İttifaqının fəal üzvlərindən biridir. Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bu ölkənin kansleri Olaf Şults xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı ölkəmizin maraqlarına zidd olan fikirlər səsləndirmişdi. Dövlət başçısı isə öz növbəsində Almaniyada keçirdiyi görüşlərdə real faktlara söykənən dəyərləndirmələr ilə erməni təbliğat maşınına zərbə vurmuş oldu. Həmçinin, Azərbaycan Prezidenti keçirdiyi görüşlər vasitəsilə zaman-zaman alman mediasında əksini tapan və erməni maraqlarına xidmət edən fəaliyyətləri də dolayı yolla tənqid edərək bu ölkənin KİV-lərinə bir növ tarix dərsi keçmiş oldu".
Mehman