Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rahat şəkildə borclanmaya getmək olar

Rahat şəkildə borclanmaya getmək olar


"Azərbaycan hakimiyyətinin xarici təşkikatlardan 50milyard dollar məbləğində borc pul ala biləcəyi xəbərləri yayılıb. Qeyd edildiyi kimi işğaldan azad edilmiş ərazilərin bərpası, minaların təmizlənməsi və s. kimi məqsədlər üçün istifadə ediləcəyi bildirilir. Bununla yanaşı qeyd edilir ki, Azərbaycanın xarici borcu ümumdaxili istehsal limitinin 10faizi həddindədir və bu, MDB məkanında ən aşağı göstəricidir. Buna görə də rahat şəkildə borclanmaya getmək olar".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, belə bir addımın Azərbaycan hakimiyyəti tərəfindən atılması nəzəri olaraq yaxşı niyyətlər adı altında planlaşdırılsa da, dövlətin bu şəkildə borc altına salınması faktı tək hakimiyyəti əlaqədar edə bilməz:

"Çünki korrupsiyaya qurşanmış hakimiyyətin xalqı bu qədər borclandırmağa ixtiyarı yoxdur. Bu iş olsa-olsa, xarici investorların öz maliyyəsi hesabına ola bilər ki, nəzarət və işçi kütləsini Azərbaycan verməklə məsuliyyət və xərcləmə onlarda olsun. Onlar öz pullarını oğurlamayacaqlar. Bir də Qarabağın yenidən tikintisi üçün Ermənistandan təzminat məsələsi niyə yubadılır? Hələ bunu həll edin sonra".

Mehman
Xəbəri paylaş