Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostovdakı binası yandı -ÖZƏL

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostovdakı binası yandı


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Rostov-Don şəhərindəki binasında güclü yanğın olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, baş verən yanğın nəticəsində bir nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

Vilayətinin qubernatoru Vasiliy Qolubev açıqlamasında yanğının ilkin ehtimal əsasında elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığını bildirib.

Qolubev həmçinin onu da bildirib ki, yanğın olan FTX binasının ətrafında yaşayan sakinlər təhlükısizlik səbəbindən yaşadıqları binalardan təxliyə edilib.

Mehman
Xəbəri paylaş