"Rusiya və NATO-nun açıq şəkildə qarşıdurmaya getməsi ehtimalı çox azdır. Məsələ ondadır ki, onlar bir-birilərinin təsir zonasının hardan keçdiyini yaxşı bilirlər. Onlar üçün Ukrayna kimi neytral ərazidə döyüşmək daha məqbuldur, nəinki bilavasitə qarşı-qarşıya gəlmək".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, xırda insidentlərin olması həmişə mümkündür:
"Bu da əksər hallarda müəyyən mesaj xarakteri daşıyır. Avropada silahlanma ehtiyat məqsədi ilə artırılır. Amma döyüş ola bilər ehtimalına görə yox. Qərb öz gücünü göstərmək üçün Şərqi Avropanı bir növ rahatlatmaq, onu qoruduğunu bildirmək üçün müəyyən qədər hərbiləşmə görüntüsü yaradır".
Politoloq deyib ki, heç vaxt Rusiya ilə Qərb bir-biri ilə müharibəyə girmək yox, ciddi görüntü belə yaratmaz:
"Bu, Rusiya və Amerika qərargah rəislərinin Qara Dənizdə təyyarərə ilə pilotsuz uçan təyyarənin toqquşması səbəbindən yaranan gərginliklə əlaqəli görüş və verilən bəyanat ilə də sübut olundu. Tərəflər gərginliyin yatırılmasında maraqlı idilər".
Mehman