Cəbrayıl Rayon İcra Hakimiyyəti, Xudafərin şadlıq sarayının rəhbəri Siyavuş Əsgərov, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, Xudafərin teatrı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100- cü ildönümünə həsr olunmuş "Novruz dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır" mövzusunda keçirilən Novruz tədbirində 250 nəfərdən ibarət şəhid ailələri və qazilərə ziyafət süfrəsi təşkil olundu.
Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl və əziz bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz görüşündə Cəbrayıl Rayon İcra Başçısı Kamal Həsənov, Millət Vəkili, Xudafərin teatırının siyasi məsləhətçisi Elman Nəsirov, Cəbrayıl rayon millət vəkili Ceyhun Məmmədov, Cəbrayıl rayon YAP sədri Arif Fərzəliyev, Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov, Xudafərin sarayının rəhbəri Siyavuş Əsgərov, Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın sədri Qalib Əliyev, Xudafərin teatrın rəhbəri eyni zamanda "DAYAQ" təşkilatının əməkdaşı Günel Əmirova, ictimai xadim, xeyriyyəçi Haçı Nuran, Xudafərin teatrın rejissoru Umud Abbas, əməkdar artist Vaqif Kərimov, əməkdar artist Təzəgül Hidayətqızı, Leyla Babayeva, Ənvər Məmmədov, Məhəmməd Əliyev, əməkdar artist Səlim Abbasov iştirak ediblər.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən natiqlər qonaqları novruz bayramı təbriki ilə yanaşı, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına diqqət çəkərək qeyd etdilər ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğunu bildirdilər.
Daha sonra Xudafərin teatırının təşkil etdiyi novruz tamaşası qonaqlara nümayiş olundu.
Natiq