Türkiyədə zəlzələ baş verdiyi bölgədə yaşanan sel fəlakətindən ölənlərin sayı artır. Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu gün xilasedicilər daha bir nəfərin meyitini aşkar ediblər. Beləliklə, sel fəlakətində həlak olanların sayı 16-ya çatıb.
Qeyd edək ki, Şanlıurfa və Adıyaman vilayətlərində baş verən güclü leysan yağışlar vilayət mərkəzlərində sel suları yaradıb. Şanlıurfaya son 30 ilin ən çox yağıntısı düşüb.
Xilasedicilər hazırda 4 nəfərin axtarışını davam etdirirlər.
Mehman