Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Azərbaycandakı keçmiş səfirinin Demirtaş sevgisi -ÖZƏL

Türkiyənin Azərbaycandakı keçmiş səfirinin Demirtaş sevgisi


Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hazırda CHP lideri Kamal Kılıçdaroğlunun xarici siyasət məsələləri üzrə müşaviri olan Əhməd Ünal Çeviköz Millət İttifaqının hakimiyyətə gələcəyi təqdirdə Səlahəddin Demirtaş və Osman Kavalanın həbsdən azad ediləcəyini deyib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, sabiq diplomat bu barədə POLITICOEurope-a müsahibəsində danışıb.

Türkiyənin xarici siyasətində yeni bir səhifə açacaqlarını iddia edən Çeviköz İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün heç bir şərt irəli sürülməyəcəyi və sözügedən dövlətlərin Hərbi Alyansın üzvü olmasına Ankaranın dəstək verəcəyini söyləyib.

Mehman
Xəbəri paylaş