Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəkillər hansı hallar barədə izahat verməməlidir? -ÖZƏL

Vəkillər hansı hallar barədə izahat verməməlidir?


Bəzi hallarda vəkillərin müıyyən sirrləri yaydığı barədə məlumatlar media qurumlarında əksini tapır. İddia olunur ki, vəkilin həmin hərəkəti hüquqi baxımdan doğru deyil və vəkil sirrinin pozulmasıdır. Bəs görəsən vəkil sirrinə nələr aiddir və onları nə təşkil edir?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki,vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir. Vəkil Qədirovanın sözlərinə görə, müraciət etmiş şəxsə hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq vəkilə məlum olmuş hallar barədə o, şahid kimi çağırıla və dindirilə bilməz:

"Vəkil göstərilən hallar barədə izahat verməməli və ona etibar edən şəxsin bildirdiyi məlumatı yaymamalıdır. Vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır".

Vəfa Qədirova qeyd edib ki, vəkillər tərəfindən toplanan sübutlar istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz.

İnqilab
Xəbəri paylaş