Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın günlərdə anti-terror əməliyyatları başlana bilər

Yaxın günlərdə anti-terror əməliyyatları başlana bilər


Martın 15-də gecə saatlarından etibarən ermənilər Azərbaycan Silahlı Qüvvələrinin Kəllbəcər, Daşkəsən, Xocalı və Xocavənddəki mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Düşmən son vaxtlar təxribatlarını intensivləşdirib. Bu, qarşı tərəfin sülh gündəliyindən uzaq olduğunu göstərir.
Davam edən hərbi təxribatların həm də siyasi motivli olması şübhəsizdir. Əgər Ermənistan hərbi-siyasi hakimiyyəti regional əməkdaşlıq idealında maraqlı olsa idi, təxribatlar törətməz və ya buna imkan verməzdi.
Provokasiyaların təkrarlanmasının əsas səbəblərindən biri də, şübhəsiz ki, Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğudur. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyannamələrin tələblərinə zidd olaraq, terrorçular hələ də torpaqlarımızdan çıxarılmayıb. Nə Moskva öhdəliyini yerinə yetirir, nə də İrəvan.

Son təxribatlar göstərir ki, Qarabağdakı separatçılar təhlükəsizliyimiz və maraqlarımız üçün təhdiddir. Deməli, biz öz maraqlarımız naminə bu təhdiddi aradan qalırmalıyıq.

Müdafiə Nazirliyi artıq bir neçə dəfə qarşı tərəfə xəbərdarlıq edib və təxribatlara cavab olaraq adekvat tədbirlərin görüləcəyini deyib. Fikrimizcə, qarşı tərəf bu xəbərdarlıqlardan dərs çıxarmalıdır. Əks halda yaxın günlərdə növbəti anti-terror əməliyyatlarının başlanması mümkündür.

Unutmaq olmaz ki, Azərbaycan maraqlarının təmin olunması üçün müvafiq addımları atmaq iqtidarındadır. Biz bunun üçün kiminsə müdaxiləsini, qərarını gözləməyəcəyik.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş