Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikada hamilə qadınların ölüm halları artır -ÖZƏL

Amerikada hamilə qadınların ölüm halları artır


Birləşmiş Ştatlarda hamilə qadınlar arasında ölüm faizi hər ötən il artır. Newscenter.az trthaber-ə istinadən bildirir ki,
ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzlərinin (CDC) açıqlamasında bu barədə məlumat əks olunub.

Məlumatda bildirilir ki, 2021-ci ildə okeanın o tayında hamilə qadınların ölüm nisbəti 2020-ci ilə nisbətən 40 faiz artıb. Ölüm halları hamiləlik dövrünün həkim nəzarətindən kənar olması doğuş zamanı ağırlaşmalardan irəli gəlib.

Belə ki, 2020-ci ildə hər 100 min hamilə qadından 23,8-i, 2021-ci ildə isə hər 100 min hamilə qadından 32,9-u doğuş zamanı dünyasını dəyişib. Bu baxımdan 2021-ci il hamilə qadınların ölüm hallarının əvvəlki 4 illə müqayisədə ən çox artdığı il olub.


Mütəxəssislər 2021-ci ildə bu artımda COVID-19 epidemiyasının təsirli olduğunu bildirirlər.

Mehman
Xəbəri paylaş