Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Evdən Türkiyə açıqlaması: "Məmnunluqla qarşıladıq -ÖZƏL

Ağ Evdən Türkiyə açıqlaması: "Məmnunluqla qarşıladıq


Birləşmiş Ştatlar Türkiyənin Finlandiyanın NATO-ya üzvlük protokolunun parlamentdə ratifikasiya prosesinə başlamaq qərarını alqışlayıb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan “ABŞ bu prosesin mümkün qədər tez başa çatmasını səbirsizliklə gözləyir” deyə vurğulayıb.

“Birləşmiş Ştatlar Prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya üzvlük protokolunu parlamentə göndərəcəyi barədə açıqlamasını məmnunluqla qarşılayaraq alqışlayır və bu prosesin ən qısa zamanda yekunlaşmasını gözləyir” - deyə vurğulayan Sullivan də İsveç üçün eyni qərarın verilməsini arzuladıqlarını dilə gətirib.

Mehman
Xəbəri paylaş