Belçika buddizmi tanıyan ikinci Avropa ölkəsi kimi tarixə düşəcək. Newscenter.az trthaber-ə istinadən bildirir ki, martın 17-də Belçika hökumətinin bununla bağlı qərar qəbul edəcəyi gözlənilir.
Bununla bağlı Belçika Buddist Assosiasiyası Belçika hökumətinə müraciət edib. 2006-cı ilin martında edilən müraciətin indiyə qədər ciddi şəkildə araşdırıldığı qeyd edilir. Assosiasiya Belçikada buddistlərin sayını 150 min nəfər olduğunu ifadə edərək rəsmən tanınmalarını istəyir.
Qeyd edək ki, Avropa məkanında buddizmin tanındığı yeganə Aİ ölkəsi Avstriyadır.
Mehman