Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) dünyadakı kokain isteehsalı ilə bağlı hesabatını açıqlayıb.
Newscenter.az haberturk.com-a istinadən bildirir ki, hesabatda kokain istehsalı, istehlakı, yeni əlaqə yolları, təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilən kokainin miqdarı və s. əksini tapıb.
Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada olan UNODC tərəfindən hazırlanan "2023 Qlobal Kokain Hesabatı"nda qeyd edilir ki, COVİD-19 epidemiyası səbəbiylə qismən azalan kokain istehsalı 2021-ci ildə 35 faiz artIB.
Hesabatda kokain bazarının Amerika və Avropanın bəzi bölgələrində yüksək səviyyədə cəmləşdiyi və sözügedən narkotikin Afrika və Asiyada sürətlə yayılma potensialının olduğu qeyd edilib. 2020-ci ildə Asiya, Afrika və Avropada təxminən 21,5 milyon kokain istifadəçisinin olduğuna diqqət çəkilərək, bu rəqəmin 55 milyona yüksələ biləcəyi vurğulanıb.
Mehman