Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın seçilməsini istəyən güclər daha güclüdür -ÖZƏL

Ərdoğanın seçilməsini istəyən güclər daha güclüdür


Türkiyədə seçki həyəcanı artıq başlayıb. Müxalifətin "6-lıq masa"dan özünə vahid namizəd müəyyən etməsi hazırkı prezident Rəcəb Tayyib Ərdoğan üçün müəyyən mənada problem yaratsa da, lakin ümumilikdə bu dəfəki seçkilərdən də məhz Ərdoğanın qalib ayrılacağı istisna edilmir. Elə tarixçi Rəfail Eminov da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, tarixçi bunu Ərdoğanın güclü siyasi lider olması ilə əlaqələndirib. O bildirib ki, istər daxildə, istərsə də xaricdə Rəcəb Tayyib Ərdoğanın seçilməsini istəyən güclər daha güclüdür. Rəfail Eminov deyib ki, Türkiyədən xaricdə də Ərdoğan güclü siyasi lider kimi qəbul edilir və sevilir:

"İslam ölkələrində, xüsusən ərəb ölkələrində Ərdoğanın güclü mövqeyi xalq arasında artıq təmin edilib və ərəblər onu çox sevir".

Rəfail Eminovun sözlərinə görə, Türk xalqı Ərdoğan hakimiyyəti əlehinə "dedi-qodu" etsə də, sonda səsvermə günü yenə Ərdoğana səs verirlər:

"Çünki onun əli çox güclüdür".

Mehman
Xəbəri paylaş