“Ermənilərin 30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərini minalaması barədə məlumatlar beynəlxalq səviyyədə fəaliyyət göstərən bütün müvafiq təşkilat və qurumlara, eləcə də insan hüquqları təşkilatlarına çatdırılıb”.
Bu fikirləri Newscenter.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov səsləndirib. O bildirib ki, paralel olaraq rəhbərlik etdiyi qurumun aylıq hazırladığı bülletenler də ingilis dilinə tərcümə olunaraq sözügedən təşkilatlara göndırilir:
“Minalar Əleyhinə Beynəlxalq Kampaniya, Kasetli Silahlar Əleyhinə Koalisiyaya həmin məlumatlar təqdim edilir. Məlumat üçün qeyd edim ki, sözügedən Koalisiya Nobel mükafatı almış bir qurumdur və onun 100-dən artıq ölkə ilə əlaqələri var. Şəbəkə email vasitəsilə həmin ölkələrdə fəaliyyət göstərən QHT-lər də Azərbaycandakı mina problemi ilə bağlı məlumatlandırılır”
Mehman