Milli Məclisin inzibati binasında Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.
Hicran Hüseynovanın Deputat Qərargahından Newscenter.az-a bildirilib ki, Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.
Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.
Anar