Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan spekulyasiya edir -ÖZƏL

Paşinyan spekulyasiya edir


"Ermənistanın baş naziri Nikol Paşinyan ancaq spekulyasiya ilə məşğuldur. O bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı olduğu görüntüsü yaradır, digər tərəfdən isə müharibə hazırlıqları həyata keçirir. Bu Ermənistan rəhbərliyinin blefidir".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, Ermənistan rəhbərliyinin ikibaşlı oyunu sülh müqaviləsinin imzalanmasını əngəlləməklə yanaşı, eyni zamanda Qarabağda gərginliyin daha da artmasına yol açır:

"Ermənistanın Qarabağ separatçılarına davamlı olaraq silah-sursat, hərbi texnika daşıması bunun sübutudur. Vəziyyətin belə davam etməsi və Ermənistan rəhbərliyinin Qarabağdakı qeyri-qanuni hərəkətləri Azərbaycan Ordusunun növbəti antiterror əməliyyatı həyata keçirməsini qaçılmaz edir".

Analitik Qrup hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin növbəti antiterror əməliyyatı həyata keçirməsi, bu çərçivədə yaşananlar və separatçılara ciddi dərs verməsinin məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşəcək.

Mehman
Xəbəri paylaş