Türkiyənin “Qalatasaray” futbol klubu “Sevilya”da icarə əsasında çıxış edən keçmiş futbolçusu Aleks Tellesi yenidən transfer etmək istəyir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu məqsədlə klub Aleks Tellesin bonservisini həyata keçirən “Mançester Yunayted”lə danışıqlara başlayıb.
İspaniya mətbuatında çıxan xəbərə görə, "Sevilya" komandası da mövsümün əvvəlində "Mançester Yunayted"dən icarəyə götürdüyü braziliyalı ulduz futbolçu Aleks Tellesi öz sırasında görmək istəyir.
Qeyd edək ki, mövsümün sonunda müqaviləsi bitəcək və komandası “Mançester Yunayted”ə qayıdacaq “Qalatasaray”ın sabiq futbolçusu Aleks Tellesin ingilis komandası ilə daha bir mövsümlük müqaviləsi var.
Oruc